İran "Nur-3" adlı ölkənin üçüncü hərbi peykini kosmosa göndərdiyini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur sosial media hesabından paylaşım edib.
İranlı nazir bildirib ki, "Nur-3" adlı peykin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirilməsi mərhələsi uğurla başa çatıb.
İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran 2020-ci ilin aprelində "Nur-1" adlı ilk hərbi peykini kosmosa çıxarıb. 2022-ci ilin martında İran "Nur-2"ni 500 kilometr məsafədə orbitə yerləşdirdiyini elan edib.
Milli.Az