Yenidən "Gönül dağı"nda rol alacaq - FOTO

28 Sentyabr 2023 04:20

"TRT1" kanalında yayımlanan "Gönül dağı" serialının heyətində dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində aktyor Burak Haktanır yenidən rol alacaq. O, 107-ci bölümdən etibarən "Hamdi" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, serialın baş rollarını Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk paylaşır.

Milli.Az