Dünyanın ən qədim şotland viskisi hərraca çıxarıldı

27 Sentyabr 2023 23:36

200 il əvvəl istehsal edilmiş, hər birinin ilkin qiymətləndirilməsi 12 min dollardan çox olan cəmi 24 şüşə şotland viskisi Böyük Britaniyada "Whiskey Auctioneer" tərəfindən hərraca çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə hərrac iştirakçılarının bəyanatında deyilir.

Qeyd olunub ki, viski 1833-cü ildə hazırlanıb və səkkiz il sonra şüşələrə qoyulub. Bunlardan iyirmidən çoxu noyabrın 24-dən dekabrın 4-dək hərraca çıxarılacaq.

Mütəxəssislərin fikrincə, viskinin həqiqiliyi Şotlandiya Universiteti tərəfindən təsdiqlənib.

Daha əvvəl xəbər verildiyi kimi, dünyanın ən böyük şəxsi viski kolleksiyası Şotlandiyada keçirilən hərracda 9,4 milyon dollara satılıb.

Milli.Az