"Çocuklar duymasın"ın aktrisasının parkdan meyiti tapıldı - FOTO

27 Sentyabr 2023 17:43

Türkiyəli aktrisa Seda Fettahoğlu vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 44 yaşlı aktrisanın İstanbulda parklardan birində cəsədi aşkarlanıb. Onun ölüm səbəbi ekspertiza aparıldıqdan sonra bəlli olacaq.

Xatırladaq ki, Seda 4 gün əvvəl sosial media hesabında fotosunu paylaşaraq "Yaşamağı sev, bədəni qoru" qısa şərhini yazıb.

Qeyd edək ki, Seda "Sihirli annem", "Çocuklar duymasın" kimi bir çox məşhur layihədə rol alıb.

Milli.Az