Zakir Həsənov Zəfər parkında olub - VİDEO - FOTO

27 Sentyabr 2023 15:23

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.

Milli.Az