Körpəni onlayn mağazada satışa qoydular

27 Sentyabr 2023 14:20

Novosibirskdə qadın onlayn mağaza vasitəsilə uşağı satmağa cəhd edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, sentyabrın 2-də "Yula" onlayn mağazasında uşaq satışı ilə bağlı elan yerləşdirilib.

Qadın Novosibirskdə oğlan körpəsini satmaq üçün fotolarla birgə elan yerləşdirib. Ancaq alıcı tapılmayıb və hüquq-mühafizə orqanlarının nümayəndələri hərəkətə keçiblər.

Hazırda polis körpənin və qadının kimliyini araşdırır.

Faktla bağlı "İnsan alveri" maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az