Taksi sürücüsü həyatının şokunu yaşadı - Sərnişin anidən...

27 Sentyabr 2023 10:02

Abşeron rayonunda sərnişin taksidə ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Atəş Babayevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən sərnişin 1973-cü il təvəllüdlü Araz Əsgərov ölüb.

Hadisə ilə bağlı meyitə baxış keçirilib.

Sürücünün bildirdiyinə görə, Araz Əsgərov yolda olan zaman kəskin ürək ağrıları olduğunu deyəndən bir müddət sonra ölüb.

Araşdırma aparılır.

Milli.Az