Hakan Fidan BU HƏRƏKƏTİ ilə gündəmi zəbt etdi - VİDEO

26 Sentyabr 2023 21:22

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz hərəkəti ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında qatıldığı MIKTA ( Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın birlikdə təşkil etdiyi qeyri-rəsmi tərəfdaşlıq və müzakirə platformu) toplantısına damğa vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, çəkilən ailə fotosundan sonra Hakan Fidan yerdəki Türkiyə bayrağını götürərək cangüdəninə verib.

Həmin görüntülər ölkə və dünya mediasında böyük diqqət çəkib.

Milli.Az