Ağdərədən Ermənistana gedən erməni kimləri günahlandırdı?

26 Sentyabr 2023 17:54

"Ağdərədən gəlirəm. Ermənistana gedirəm. İrəvanda da, Rusiyada da qohumlarım var".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Qarabağı tərk edən erməni sakin Vova Danelyan deyib.

O, bir gün yenidən Qarabağa qayıtmaq istədiyini söyləyib:

"Vaxtı ikən azərbaycanlı dostlarım var idi. Təəssüf ki, belə oldu. Bizim günahımız deyildi. Bu, bizim dostca yaşamağımızı istəməyənlərin günahıdır".

Milli.Az