Binəqədidə TIR aşdı - VİDEO

26 Sentyabr 2023 17:21

Binəqədi qəsəbəsində yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Qəsəbə ərazisində ağırtonnajlı yük avtomobili (TIR) aşıb.

Hadisə nəticəsində qəsəbə daxilində nəqliyyatın hərəkətində çətinlik yaranıb. TIR-ı qaldırmaq üçün əraziyə kran cəlb edilib.

Milli.Az