"İdman və biz" idman portalının təqdimat mərasimi keçirildi - FOTO

26 Sentyabr 2023 14:11

"İdman və biz" (idman.biz) idman portalının təqdimat mərasimi keçirilib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) layihəsi olan "İdman və biz" (idman.biz) idman portalının təqdimat mərasimi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqdimat mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Trend BİA-nın direktoru İlqar Hüseynov və digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli.Az