Paşinyan əleyhdarı olan 56 nəfər saxlanıldı - YENİLƏNİB

26 Sentyabr 2023 12:04

İrəvanda Paşinyanın istefasını tələb edən 56 şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Qeyd olunub ki, etirazçılar Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayıblar.

Xatırladaq ki, bu gün səhər Ermənistan hüquq-mühafizə orqanları 32 etirazçının saxlanması barədə məlumat yaymışdı.

***

11:23

İrəvanda polis küçələri bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edən 32 etirazçını saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İrəvanda sentyabrın 19-dan Nikol Paşinyan hakimiyyətindən narazı vətəndaşlar tərəfindən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər.

Paşinyan hakimiyyətinə qarşı etirazlarda saxlanılanlar arasında keçmiş prezident Robert Koçaryanın oğlu Levon Koçaryan da var. Dörd polis əməkdaşını döyməkdə ittiham olunan Levon 1 ay müddətinə həbs olunub.

Milli.Az