Daşqınlar insan ölümünə səbəb oldu

26 Sentyabr 2023 12:41

Qvatemalada yağan leysan yağışlar daşqınlara səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində 6 nəfər ölüb, daha 13 nəfər itkin düşüb. Ölənlər arasında azyaşlı da var.

Həmçinin, çoxlu sayda evləri su basıb.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir.

Milli.Az