100 yaşlı qadın uzun yaşamağın sirrini açıqladı

28 Sentyabr 2023 03:17

ABŞ-li Madelin Paldo 18 yaşından ailə şirkətində çalışıb. Zəhmətkeş xanım orada vaxt keçirməkdən və müştərilərlə ünsiyyətdən həzz alırmış. O hesab edir ki, məhz əməyi sayəsində belə uzun ömür yaşaya bilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 100 yaşlı Madelin Paldo qeyd edib ki, bitki əsaslı pəhriz və aktiv həyat tərzi də ona kömək olub.

Milli.Az