Şimali Koreya əcnəbilərin ölkəyə girişinə icazə verdi

26 Sentyabr 2023 08:06

Şimali Koreya COVİD-19 pandemiyasının başlanmasından sonra tətbiq edilən məhdudiyyətləri aradan qaldıraraq, sentyabrın 25-dən əcnəbilərin ölkəyə daxil olmasına icazə verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.

Məlumata görə, Şimali Koreya hakimiyyətinin əmrinə uyğun olaraq, bütün əcnəbilər ölkəyə gəldikdən sonra iki günlük karantindən keçməli olacaqlar.

Milli.Az