Belqorod kütləvi PUA hücumuna məruz qaldı

26 Sentyabr 2023 08:17

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 7 pilotsuz təyyarəni vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

"Sentyabrın 25-də axşam Ukraynanın Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynanın 7 pilotsuz uçuş aparatını məhv edib" məlumatda deyilir.

Milli.Az