Bakıda toyda kütləvi dava - 27 yaşlı gənci...

26 Sentyabr 2023 07:15

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Bəşirov Musaqulu Mübariz oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az