ABŞ Polşaya 2 milyard verəcək: saziş imzalandı

25 Sentyabr 2023 23:38

Polşa və ABŞ Avropa ölkəsinin müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kreditin verilməsi haqqında saziş imzalayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

"Onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Polşa Ukraynaya yardımda mərkəzi rolundan əlavə, müdafiə sahəsinə böyük sərmayə qoyaraq regional təhlükəsizliyi gücləndirməyə sadiqdir", - bəyanatda qeyd olunub.

Milli.Az