Bakıda iribuynuzlu heyvanlar yola çıxdı

25 Sentyabr 2023 18:41

Bakıda nəzarətsiz qalan iribuynuzlu heyvanlar yolda sürücülər üçün problem yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Mərdəkan şosesi, Qala döngəsi, mərkəz istiqamətində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlar yolun hərəkət hissəsinə daxil olaraq avtomobillərin hərəkət etməsinə mane olub. Nəticədə yolda sıxlıq yaranıb.

Milli.Az