Bu günlərdə Tarif Şurasının qərarı ilə dərmanların qiymətlərinin yuxarı həddi təsdiq olundu.
Bununla dərmanların təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satılacağı bildirilirdi.
Amma qərardan təxminən bir həftə ötməsinə baxmayaraq icrası reallaşmır. Çünki nə alıcılar bu ucuzluğu hiss edir, nə də satıcılar. Bəs bunun səbəbi nədir?
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, apteklər də təsdiq edirlər ki, Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiq edilib. Lakin qiymətlərdə ucuzlaşma müşahidə edilmir.
İqtisadiyyat Nazirliyindən isə cavab olaraq bildirildi ki, Tarif Şurasının bu qərarı qiymətlərin ucuzlaşacağına dəlalət etmir.
Bu qərar qəbul olunanadək də dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri vahid qiymətə satılırdı.
İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az