“Twitter”(X) bu funksiyasını ləğv edir - FOTO

25 Sentyabr 2023 17:39

"Twitter", yeni adı ilə "X" sosial şəbəkəsi daha bir funksiyasını ləğv edəcəyini açıqlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, "X" "Instagram"dakı "yaxın dostlar" funksiyasına bənzəyən "Çevrə" özəlliyini siləcəyini bildirib. 

Məlumata görə, oktyabrın 31-dən sonra bu funksiyadan istifadə etmək mümkün olmayacaq.

Milli.Az