Messina Denaro vəfat etdi

25 Sentyabr 2023 08:52

İtalyada Kosa Nostra mafi qrupunun liderlərindən biri Messina Denaro ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ANSA məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra İtaliyadakı həbsxanada 63 yaşında vəfat edib.

Denaro 2020-ci ilin sonunda xərçəngin ağır formasından əziyyət çəkib.

Bu ilin yanvarında tutularaq həbsxanaya salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub.

Milli.Az