Kamran Zeynalov dünya çempionatında qızıl medal qazandı

25 Sentyabr 2023 07:25

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun paytaxtı Limada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, para-atlet 50 metrə məsafəyə atışda 220,5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Milli.Az