Ağdərədən çıxan ermənilərin DAHA BİR GÖRÜNTÜSÜ - Gözlərində qəm, sifətlərində həyasızlıq - VİDEO

24 Sentyabr 2023 23:50

Ermənilərin Ağdərəni tərk etmələrini əks etdirən videolar yayılmaqda davam edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aşağıdakı video teleqramın erməni seqmentində yayılıb.

Videodan belə anlaşılır ki, ermənilər Ağdərədən, Azərbaycan torpağından öz istəkləri ilə çıxırlar. Onların yanında Qırmızı Xaç Komitəsinin nümayəndəsi də var.

Vaxtilə öz ata-baba yurdlarından didərgin salınan, ayaq yalın, baş açıq, güllə altında evlərini tərk edən soydaşlarımızdan fərqli olaraq, ermənilər bizim torpaqlardan xüsusi avtomobillər vasitəsilə, rahat şəkildə çıxırlar. Ancaq yenə də narazıdırlar. Gözlərində qəm görünür, sifətlərində həyasızlıq.

Azərbaycan xalqı, dövləti heç zaman Qarabağı unutmadı və bütün bunların nəticəsidir ki, bu gün tarixi anları yaşayırıq. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə 200 illik erməni layihəsinə son qoydu. 200 il idi ermənilər və havadarları "Böyük Ermənistan" planlarını reallaşdırmağa çalışırdılar. Ancaq bu, baş tutmadı, ermənilərin planları darmadağın oldu. Xülya içində yaşayan Ermənistanın rəhbərləri özlərini də, xalqlarını da rəzil duruma saldılar.

Ağdərədən videonu təqdim edirik:

Milli.Az