Putinin 90-cı illərə aid nadir görüntüsü - VİDEO

24 Sentyabr 2023 23:00

Rusiya Prezidenti Vladimir Putinin 90-cı illərin əvvəllərinə aid Finlandiyadakı görüntüləri yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, görüntülər "Yle" nəşri tərəfindən paylaşılıb.

Kadrlarda Putinin Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakla stolüstü tennis oynadığı diqqət çəkir.

Nəşrin məlumatına görə, video Rusiyada o zaman biznesi olan "Thomesto Group"un Finlandiyanın Torse adasındakı villasında çəkilib.

Milli.Az