Növbəti qızıl medal və lisenziya

24 Sentyabr 2023 22:15

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb

Milli.Az report-a istinadən xəbər verir ki, para-atlet 50 metrə məsafəyə atışda 220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Milli.Az