Əfsanəvi aktyor kinodan gedir

24 Sentyabr 2023 21:53

Əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılır.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

"Artıq 90 yaşım var və normal yeriyə bilmirəm. Buna görə də təqaüdə çıxıram", - o bildirib.

Bu il Keynin baş rolda oynadığı "Böyük Qaçaq" komediyası ekranlara çıxacaq. Film qocalar evindən qaçan və yoldaşlarını yad etmək üçün Fransaya gedən İkinci Dünya müharibəsi veteranı haqqındadır.

Milli.Az