Sentyabrın 24-də Rusiyanın Nijni Novqorod vilayətində baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kstovski rayonunun Şelokşa kəndi yaxınlığında M-7 şosesində avtobus və yük maşını toqquşub.
Xəsarət alan 17 nəfərdən 9-u xəstəxanaya yerləşdirilib, beşinin vəziyyəti ağırdır. Qəzada 3 nəfər ölüb.
Milli.Az