Bergüzar bu yolla 20 kiloqram arıqladı

24 Sentyabr 2023 14:56

Türkiyəli aktrisa Bergüzar Korelin arıqlamasının sirri ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa pəhrizlə 8 ayda 20 kiloqram çəki atıb.

Sənətçi bunla yanaşı, gündə 2 saat yürüyüş edib və 1 saat üzüb.

Korel sinə kiçiltmə əməliyyatı da etdirib.

Qeyd edək ki, aktyor Halit Ergenç ilə ailəli olan Bergüzarın üç övladı var. Sənətçi hazırda "Düğün" serialında rol alır.

Milli.Az