Azərbaycanla sərhəddə 3 ballıq zəlzələ oldu

24 Sentyabr 2023 11:11

Gürcüstanın Azərbaycanla sərhəd Laqodexi rayonunda 3 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:21-də baş vermiş zəlzələnin episentri Raçisubani kəndi yaxınlığında, yerin 18 kilometr dərinliyində qeydə alınıb.

Milli.Az