Türkiyəli reper Azərbaycan mahnısı oxudu - VİDEO

24 Sentyabr 2023 08:43

"Ezhel" ləqəbi ilə tanınan reper Ömer Sercan İpekcioğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, reper Xalq artisti Flora Kərimovanın "Pərişanın mahnısı"nı ifa edib.

Qeyd edək ki, mərhum Xalq artisti Fikrət Əmirov tərəfindən bəstələnən əsər 1962-ci ildə "Böyük dayaq" filmində səsləndirilib.

Milli.Az