Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verdi

24 Sentyabr 2023 08:54

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Milli.Az