Yarım kiloyadək qızılı qanunsuz yolla keçirmək istədilər - FOTO

23 Sentyabr 2023 11:59

İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan DGK Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkarlanıb.

Qeyd edilib ki, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Milli.Az