Universitetin 35 tələbə və əməkdaşı qaçırıldı

23 Sentyabr 2023 13:00

Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində silahlı şəxslər universitetin 35 tələbə və əməkdaşını qaçırıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qaçırılanlar Qusau Federal Universitetinin tələbələridir.

Silahlılar yataqxanaya daxil olaraq tələbələri əsir götürüblər. Qaçırılanların əksəriyyəti qızlardır.

Milli.Az