"Valday" klubuna sanksiya tətbiq edildi

23 Sentyabr 2023 07:51

Kanada hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar siyahısını elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, siyahıya daha 42 fiziki və 21 hüquqi şəxsin adı daxil edilib.

Sanksiyaya məruz qalanlar arasında "Valday" klubu, həmçinin "Vzqlyad" və "Komsomolskaya pravda" nəşrləri də var.

Milli.Az