Dünya çempionatında terrora hazırlaşan «Əl-Qaida» üzvü tutulub
18 May 2010 13:15
"Associated Press" agentliyinin məlumatına görə, saxlanılmış Abdulla Azam Saleh əl-Kahtani Səudiyyə Ərəbistanı ordusunun zabitidir. 2004-cü ildən İraqda olan əl-Kahtani indiyədək bir sıra terror aktlarının təşkilində şübhəli bilinir.
Xatırladaq ki, bir müddət əvvəl "Əl-Qaida" bəyanat verərək, CAR-da keçiriləcək dünya çempionatına hücum planlaşdırıldığını bildirmişdi. Terror təşkilatı xüsusilə, ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya millilərinin oyunlarının hədəfə götürüləcəyini bəyan etmişdi.
Milli.Az