Rafiq Hüseynov ikiqat dünya çempionu olub

22 Sentyabr 2023 21:55

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, idmançı 82 kiloqram çəki dərəcəsində birinci olub.

İranlı rəqibi Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb.

Milli.Az