Qarabağdakı erməni sakinlər üçün humanitar yardım aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb - FOTO

22 Sentyabr 2023 21:35

Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.

Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.

Milli.Az