Tanınmış aktrisanın səhhəti pisləşdi

22 Sentyabr 2023 21:45

Tanınmış aktrisa Mənsumə Babayevanın səhhəti pisləşib.

Milli.Az Yenicag.az-a istinadən bildirir ki, sayta açıqlama verən aktrisa bu dəfə ürəyində yaranan problem səbəbindən yatağa düşüb:

"Vəziyyətim yaxşı deyil. Nəfəs ala bilmirəm. Ürəyimdə problemlər var, damarlar tutulub. Dava-dərman yazıblar, ancaq müalicə də kömək etmir. Əməliyyat da oluna bilmərəm. Səhhətim və yaşım buna imkan vermir. Əməliyyat olunsam, ölüb elə masada qalaram".

Qeyd edək ki, aktrisa şiş, şəkər xəstəliyi və insultdan da əziyyət çəkir.

Milli.Az