Zaqatalada məsciddən evə gedən kişi FACİƏLİ şəkildə öldü

22 Sentyabr 2023 20:08

Zaqatalada məsciddən çıxıb evə gedən 71 yaşlı kişini maşın vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yerləşən Tala Məscidinin yaxınlığında baş verib.

Rayonun Yuxarı Tala kənd sakini 71 yaşlı Məmmədəli Əhməd oğlu Əhmədov məsciddən çıxıb evə gedərkən onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Əhmədov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az