Azərbaycanda "App Store"nin çökməsinin SƏBƏBİ AÇIQLANDI

22 Sentyabr 2023 18:49

Ölkədə bəzi smartfonlarda istifadə olunan "App Store" tətbiqi iflic olub.

Bir neçə gündür ki, istifadəçilər bu tətbiqin xidmətlərindən yararlana bilmirlər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, mütəxəssislər əvvəllər belə problemin qeydə alınmadığını deyirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyevin sözlərinə görə, məsələ yalnız ölkə səviyyəsindədir:

"Düşünürəm ki, bu, telefonlara ziyanverici proqramların yüklənməsinin qarşısını almaq üçündür".

R.Əliyev onu da qeyd etdi ki, problemin nə vaxt aradan qaldırılacağı məlum deyil.

Milli.Az