Bakının bu ərazisində su kəsiləcək

22 Sentyabr 2023 17:55

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından sabah günün I yarısına qədər Bakının Xəzər rayonunun Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Milli.Az