Küçədə bikinidə gəzən modelə kitab oxumaq cəzası verildi - VİDEO

23 Sentyabr 2023 08:15

Küçədə bikini ilə  gəzdiyi üçün saxlanılan model Melisa Aydınalp əxlaqla bağlı kitab oxumaq şərti ilə sərbəst buraxılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağdat küçəsində bikinidə gəzən model Melisa Aydınalp həftədə ən az iki dəfə kitabxanaya getmək və əxlaqla bağlı kitablar oxumaq şərti ilə məhkəmə tərəfindən sərbəst buraxılıb. 

Sosial mediada modelin bu görüntüləri gündəm olub.

Milli.Az