Universitet müəllimi qəfil vəfat etdi - FOTO

22 Sentyabr 2023 16:54

Sumqayıt Dövlət Universitetinin 37 yaşlı müəllimi Samin Qocayev vəfat edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o, sentyabrın 22-də səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa Tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Milli.Az