“Taliban”ın həbsxanalarda tətbiq etdiyi işğəncələrlə bağlı hesabat hazırlandı

22 Sentyabr 2023 18:18

Əfqanıstanda məhbuslar elektrik cərəyanı, boğulma və döyülmə ilə müşahidə olunan işgəncələrə məruz qalırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) yayımladığı hesabatda qeyd olunub.

Hesabatda qeyd olunur ki, 2022-ci ilin yanvarından 2023-cü ilin iyuluna qədər aparılan monitorinq zamanı məlum olub ki, 259 işgəncə hadisəsi fiziki, 207-si isə psixoloji məqamlarla bağlı olub.

Hesabatı şərh edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib ki, döymə, su işgəncəsi, elektrik şoku və bir çox digər qəddar və insan ləyaqətini alçaldan rəftar ürək ağrıdır. "Taliban" hökuməti qeyd olunan hallarla bağlı konkret tədbirlər görməli, günahkarları məsuliyyətə cəlb etməlidir.

Milli.Az