Xırdalanda gənc qız özünü binadan atdı

22 Sentyabr 2023 11:15

Xırdalanda gənc qız özünü binadan atıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər mərkəzindəki çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hələ ki, şəxsiyyəti müəyyən edilməyən qızın cəsədi morqa təhvil verilib.

Qeyd edək ki, son bir neçə ayda Xırdalanda 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib. 

Milli.Az