Bakıda sərnişinlər sürücünü soydu

22 Sentyabr 2023 10:54

Bakıda iki sərnişin sürücünü soyub.

Milli.Az bildirir ki,  bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 20-də saat 06 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində "Toyota" markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az