"YouTube"da yenilik : süni intellekt nələr edəcək?

24 Sentyabr 2023 10:35

"YouTube" istifadəçilərə məzmun yaratmağa kömək etmək üçün süni intellektə (AI) əsaslanan funksiyaları təqdim edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, süni intellektdən istifadə edərək qısa videolara kreativ qrafik fonlar əlavə edə bilən "xəyal ekranı" adlı alət təqdim edib.

Platformada həm qısa, həm də uzun videoların redaktə edilməsi üçün əlavə alətlər təqdim olunacaq.

"Biz istifadəçilərə yaradıcı ifadələrinin sərhədlərini genişləndirməyə imkan verəcək bir sıra məhsullar və xüsusiyyətlər vermək istəyirik", - "YouTube"un vitse-prezidenti Toni Rid deyib.

Bundan əlavə, "YouTube Create" adlı yeni mobil proqram təqdim edilib. Bu proqrama avtomatik redaktə və kəsmə, anında altyazı yaratmaq və səs əlavə etmək imkanı kimi süni intellekt xüsusiyyətləri daxildir.

Milli.Az