Bazarlarda vaxtı keçmiş məhsullar satılacaq

22 Sentyabr 2023 08:55

Litva vaxtı keçmiş məhsulların satışına icazə verməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qanun layihəsi hazırda Seymdə nəzərdən keçirilir.

Bildirilir ki, layihə müəllifləri ölkədə ərzaq israfını bu yolla azaltmaq istəyirlər.

Məlumata görə, vaxtı ötsə də, makaron, qəhvə, un, şəkər və günəbaxan yağı istifadəyə yararlı hesab ediləcək.

Hesab olunur ki, bu, aztəminatlı litvalılara pula qənaət etməyə imkan verəcək, satıcılar isə məhsulu satmaq və ya xeyriyyəçilik üçün ianə vermək seçimi edə biləcəklər.

Milli.Az