Hotellərdən 4,5 milyon avro dəyərində oğurluq edənlər saxlanıldı

22 Sentyabr 2023 00:14

İspaniya Mülki Qvardiyası və Fransa Milli Polisi bahalı hotel komplekslərində oğurluqla məşğul olan üç nəfəri saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata  görə, şübhəlilər iki ölkədə ən azı 12 quldurluq ediblər. Onların 4,5 milyon avro dəyərində əşyalar oğurladığı güman edilir. Söhbət ləl-cəvahirat, bahalı çantalar və digər qiymətli əşyalardən  gedir.

Qrupun lideri Fransada qanuni yaşayan Əlcəzair vətəndaşı olub. Əməliyyat Avropa Polis Agentliyi ilə birgə həyata keçirilib.

Milli.Az